"Azərsu" işçi qəbulu elan edir
01 İyun 2011 Çərşənbə 14:29
Maraqlananlar şəxsi məlumatlarını göndərə bilərlər
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması, uçotun və hesablaşmaların dəqiq aparılması, abunəçilərlə normal münasibətlərin qurulması məqsədilə Bakı Sukanal İdarəsində su təsərüfatı nəzarətçisi peşəsi üzrə vakant yerlərə kommersiya və iqtisadçı təhsilinə malik (orta və ali təhsilli) Azərbaycan vətəndaşlarının işə qəbulunu elan edir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar