Ölkə

“Azərsu” ASC xəbərdarlıq edir

Fevralın 1-dən debitor borcu olan istehlakçıların su təchizatı qeyd-şərtsiz dayandırılacaq

· Xəbərçi
“Azərsu” ASC xəbərdarlıq edir
“Azərsu” ASC abunəçilərdən 01 fevral 2011-ci il tarixindən sonra su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə
əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq. Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq.

Abunəçilər borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər.

Şərhlər