“Azərsu” ASC əhaliyə xəbərdarlıq edir
22 Aprel 2011 Cümə 15:09
"Vətəndaşlardan 20-30 manat pul yığan şəxslər “Azərsu” ASC-nin əməkdaşları deyil""
Su sayğacı quraşdırılması məqsədilə vətəndaşlarda pul tələb olunması barədə “Azərsu” ASC-yə çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasında aparılan yoxlamalar nəticəsində məlum olub ki, vətəndaşlardan 20-30 manat pul yığan şəxslər “Azərsu” ASC-nin əməkdaşları deyil. Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Belə ki, bəzi şəxslər 20-30 manat müqabilində vətəndaşlara mənzillərində su sayğaclarının quraşdırılmasını təklif edirlər. “Azərsu” ASC istehlakçıların nəzərinə çatdırır ki, əhali abunəçiləri üçün su sayğacları yerli Sukanal sahələrinin Metrologiya şöbələrinin əməkdaşları tərəfindən pulsuz quraşdırılır. Abunəçilərdən xahiş olunur ki, sayğac quraşdırılması ilə bağlı onlara müraciət edən şəxslərdən müvafiq sənədlər (iş vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi) tələb etsinlər. Eyni zamanda qeyri-qanuni ödəniş tələb edənlər barədə dərhal yerli Sukanal sahələrinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi 450-19-71, 450-17-85
Suraxanı Sukanal sahəsi 477-73-12, 477-90-47
Xəzər Sukanal sahəsi 454-08-13, 554-95-37
Nizami Sukanal sahəsi 570-15-60, 375-59-34
Nəsimi Sukanal sahəsi 498-00-85, 498-00-89
Səbail Sukanal sahəsi 492-44-47, 492-07-34
Yasamal Sukanal sahəsi 596-74-90, 495-35-12
Xətai Sukanal sahəsi 379-20-86, 372-00-20
Nərimanov Sukanal sahəsi 561-16-63, 562-48-74
Binəqədi Sukanal sahəsi 562-25-54, 562-89-63
Qaradağ Sukanal sahəsi 445-85-60, 445-07-27
Abşeron Sukanal İdarəsi 349-39-99, 342-12-57


DOSTLARINLA PAYLAŞ:

oyunlar