«Azərpoçt» MMC Beynəlxalq İnkişaf Assosiasiyasının krediti hesabına həyata keçirilən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində zirehli avtomobillərin satın alınması üçün tender keçirir.
Bu barədə «APA-ECONOMICS»ə «Azərpoçt» MMC-nin Tender Komissiyasından məlumat verilib.
Tender üzrə 3 ədəd zirehli avtomobilin alınması nəzərdə tutulur. Bütün təkliflərin 4 min ABŞ dolları məbləğində tender təminatı olmalıdır.
Tenderdə iştirak haqqı 160 manat və ya 200 ABŞ dollarıdır. İddiaçılara təkliflərini təqdim etmək üçün 6 həftə vaxt verilir və təkliflər 2010-cu il yanvarın 18-dək «Azərpoçt» MMC-yə təhvil verilməlidir. Təkliflər 2010-cu il yanvarın 18-də açılacaq.
Əlaqə telefonları: (+994 12) 493 5600 (daxili 160); 493 00 37 (faks);
e-mail:
[email protected]
APA