Ölkə

Azərmarka Naxçıvan haqqında markalar buraxıb

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Naxçıvan Muxtar Respublikasına həsr edilmiş marka seriyası buraxıb.

· Xəbərçi
Azərmarka Naxçıvan haqqında markalar buraxıb
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 60 qəpiklik nominal dəyərli markaların birində Naxçıvanda Heydər Əliyev sarayı təsvir edilib. Bu markanın tirajı 100 min ədəddir.

Eyni zamanda 10 nüsxəlik vərəqədə birləşdirilmiş digər iki marka görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şaxtaxtinskinin 130 illik yubileyinə və 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 90 illiyinə həsr edilib. Poçt vərəqi 5 minlik tirajla buraxılıb. APA

Şərhlər