Azəriqaz gücləndirilmiş iş rejiminə keçib
28 Dekabr 2009 Bazar Ertəsi 15:45
Azəriqaz gücləndirilmiş iş rejiminə keçib. Yanvar ayının 5-dən abunəçilərin qaz təchicatı dayandırılacaq.
Dövlət Neft Şirkətinın (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bu gündən gücləndirilmiş iş rejiminə keçib.
ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bayram günlərində əhalinin texnoloji rejimə uyğun olaraq fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə nəql olunan qazın təzyiqi artırılıb. Eləcə də baş verə biləcək hadisələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülüb.

Əhalinin təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməsi məqsədi ilə kütləvi informasiya vasitələrində geniş təbliğat işlərinin aparılması davam etdirilir. Bayram ərəfəsində ölkənin bütün Qaz İstismar Sahələrində sutkanın 24 saatını əhatə etməklə növbətçilik sistemi yaradılıb.

Eyni zamanda, bayram günlərində borclu abonentlərin qaz təminatının dayandırılması prosesi təxirə salınıb. Lakin bununla yanaşı, “Azəriqaz” İB bir daha borclu abonentlərə xəbərdarlıq edir ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtında ödəməyəcəkləri təqdirdə, yanvar ayının 5-dən etibarən onların qaz təchicatı dayandırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar