"Azərenerji" paylayıcı şəbəkələri yeniləşdirir
28 Yanvar 2010 Cümə Axşamı 18:15
Bu proses ölkənin 12 rayonunu əhatə edir
"Azərenerji" ASC paylayıcı şəbəkələrin yeniləşdirilməsi istiqamətindəki işləri davam etdirir. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhmdar cəmiyyətinin enerji təchizatı müəssisələrinin xidməti ərazisinə daxil olan 12 şəhər və rayon mərkəzində paylayıcı şəbəkələr tam yeniləşdirilir.

Artıq Mingəçevir, Hacıqabul, Gəncə, Ağsu və Şəmkirdə "Sip" kabellərin çəkilməsi və smart-kart tipli sayğacların quraşdırılması prosesi yekunlaşıb. Hazırda yalnız şəbəkəyə yeni qoşulan abonentlərin sayğaclaşdırılması aparılır. Saatlı, Şirvan, Yevlax və Sabirabadda işlər yekunlaşmaq üzrədir. Bərdə, Cəlilabad və Lənkəranda isə yenidənqurma işləri davam etdirilir.

Bu tədbirlərin yaxın vaxtlarda digər rayon mərkəzlərində də həyata keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə Salyan, Masallı, İmişli, Goranboy, Ağcabədi və Kürdəmirdə yeni tipli sayğacların quraşdırılmasına başlanacaq.

Qeyd edək ki, hazırda smart-kart tipli sayğacların quraşdırılması əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar