“Azərenerji” Səhmdar Cəmiyyəti (SC) ölkənin cənub regionlarında smart-kart tipli sayğacların quraşdırılmasının genişləndirilməsini planlaşdırır. Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, artıq Şirvan və Hacıqabul rayonlarında sayğacların quraşdırılması başa çatdırılıb, Cəlilabad və Lənkəranda isə bu istiqamətdə işlər davam etdirilir.
Gələcəkdə Masallı, Salyan, Neftçalada da sayğaclar quraşdırılacaq. “Smart-kart tipli elektrik sayğacları dəqiq uçotun aparılmasında və istifadə olunan elektrik enerjisinə görə tam ödənişin təminatında yenilikdir”,-deyə məlumatda vurğulanır.
Bundan əlavə, Şirvan REV-in xidmət göstərdiyi ərazidə elektrik sayğaclarının hər yerdə quraşdırılması prosesi həyata keçirilir. Nəticədə bütün abonentlər yenidən qeydiyyata götürülüb, onlarla müvafiq müqavilələr bağlanıb. ANSPRESS
Azərenerji hər yerə sayğac qurur
Azərenerji hər yerə sayğac qurur. Cəmiyyət ölkənin cənub regionlarında smart-kart tipli sayğacların quraşdırılmasını genişləndirir.




Şərhlər