Azərekspresspoçt yeni xidmət növünün tətbiqinə başlayıb
01 İyul 2011 Cümə 11:52
Azərekspresspoçt yeni xidmət növünün tətbiqinə başlayıb. Poçt rüsumları ünvançının qabaqcadan edilmiş rəsmi müraciətinə əsasən onun tərəfindən ödənilə bilər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi bu günlərdə yeni xidmət növünün tətbiqinə başlayıb. Nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumata görə, respublika daxilində ilk dəfə müəssisə tərəfindən təklif olunan yeni xidmət növünün mahiyyəti göndərişlərin poçt rüsumlarının ünvançının qabaqcadan edilmiş rəsmi müraciətinə əsasən onun tərəfindən ödənilməsindən ibarətdir.
Qeyd edək ki, "Azərekspresspoçt" dünyanın 190-dan artıq ölkəsində beynəlxalq EMS (Express Mail Service – poçt göndərişlərinin ekspress-çatdırma xidməti), Azərbaycanda ölkədaxili EMS, Bakı və Bakı ətrafı ərazilərdə təcili və güniçi kuryer xidmətləri göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: