"Azercell"dən təzə xəbər
09 Avqust 2011 Çərşənbə Axşamı 15:14
Şirkət nüfuzlu “Stevie” mükafatına layiq görülüb
Bu ilin iyul ayının 28-də keçirilən Beynəlxalq Biznes Mükafatı (İnternational Business Awards - Stevie) qaliblərinin siyahısı açıqlanıb. Bu mötəbər müsabiqədə Azərbaycandan olan iştirakçı - "Azercell Telekom" MMC də uğur qazanıb. "Azercell Telekom" MMC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqəsinin münsifləri 2 aydan çox davam edən araşdırma nəticəsində qaliblərin adlarını müəyyənləşib. Gərgin rəqabət şəraitində Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" “İlin Ünsiyyət və PR kampaniyası: İcmalar ilə Əlaqələr” nominasiyası üzrə “Beynəlxalq Biznes Mükafatı”nı qazanıb.

"Azercell" “Mobil Diş klinikası” və “Uşaq Qaynar Xətti” korporativ sosial məsuliyyət layihələri, Şah Dağda yerləşdirdiyi külək və günəş enerjisilə işləyən stansiyası sayəsində adı çəkilən mükafata layiq görülüb.

Qaliblərə beynəlxalq biznes aləmində nüfuzlu “Stevie” mükafatı təqdim olunacaq. Mükafatla yanaşı, şirkət müvafiq sertifikat və medalla da təltif olunacaq.

Qeyd edək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

Xatırladaq ki, "Azercell" hər il sosial layihələrə milyonlarla vəsait ayırır, İndiyə qədər bu məbləğin miqdarı 14,7 milyon dolları keçib. Bu ilin iyununda "Azercell"in təşəbbüsü ilə ilk dəfə olaraq jurnalistlər üçün KSM-lə bağlı treninq keçirilib. Media nümayəndələrinə həmin sahədə peşəkar məqalələrin hazırlanması ilə əlaqəli təlimlər təşkil olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar