Azərbaycanlı "qanuni oğru" Moskvada həbs edilib
31 May 2010 Bazar Ertəsi 19:20
"Qoca" ləqəbli Azərbaycanlı "qanuni oğru" hava limanında saxlanılıb.
Moskvanın Şeremetevo hava limanında azərbaycanlı “qanuni oğru” Əlibala Həmidov həbs edilib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsi üzrə Baş İdarəsinin verdiyi məlumata görə, həbs edilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinir.

Saxlanılan şəxs həmçinin avtomobillərin qaçırılması, mənzil fırıldaqçılığı, insan oğurluğu ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmaya rəhbərlik etməkdə şübhəli bilinir. Onun üzərinə baxış keçirilən zaman isə milis 3,5 qram həşiş aşkar edib. Fakt üzrə RF Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, hazırlanması, emalı) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddənin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

“Qoca” ləqəbli Əlibala Həmidov 1992-ci ildə Azərbaycanda 14 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə Moskvaya gedən Həmidov kokain saxladığına görə bir neçə aya Butırsk istintaq təcridxanasında saxlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar