Azərbaycanlı model dünya ikincisi oldu
01 Avqust 2011 Bazar Ertəsi 12:15
Günay Musayeva "Best Model of the World"də ikinci yeri qazanıb
Bu il Azərbaycanda keçirilmiş “Best model of Azerbaijan-2011” model müsabiqəsində birinci olan model Günay Musayeva dünən Bolqarıstanda keçirilən 23-cü “Best model of the world-2011” müsabiqəsində uğura imza atıb. ANS PRESS-in məlumatına görə, müsabiqədə qadınlar arasında birinci yeri bolqarıstanlı model, kişilər arasında Serbiya təmsilçisi qazanıblar.

Azərbaycanlı model Günay Musayeva belə bir mötəbər yarışmada qadınlar arasında ikinci yerə layiq görülüb. Kişilərdən isə türkiyəli model İbrahim Gayberi ikinci olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar