Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçi-eksperti Heydər Mirzə 2011-ci ilin aprel ayının 18-dən etibarən Rusiya Strateji Araşdırmalar İnstitutunda (RİSİ) qonaq elmi işçi qismində Şimali Qafqazda vəziyyət, Rusiya-Azərbaycan münasibətləri kontekstində Şimali Qafqazın problemləri mövzularında elmi tədqiqatlar aparmaq üçün aprelin 15-i Moskvaya yola düşəcək. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, tədqiqatlar iki həftə davam edəcək.
Qeyd edək ki, SAM və RİSİ arasında qarşılıqlı əlaqələrin inkişafının göstəricisi olan elmi işçilərin mübadiləsinə dair anlaşma cari ilin martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması zamanı əldə olunub.
Azərbaycanlı ekspert Rusiyada tədqiqat aparacaq
Tədqiqatlar Şimali Qafqazda vəziyyət və regionun problemləri mövzusunu əhatə edəcək




Şərhlər