Azərbaycanlı biznesmen Gürcüstanda körpü inşa etdirib
05 Avqust 2009 Çərşənbə 21:10
Körpü Bolnisi rayonunun Kəpənəkçi kəndində tikilib

Bu gün Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində yeni körpünün açılışı olub. Körpünün açılış mərasimində Bolnisi rayon İcra Hakimiyyətinin başçısı İosif Laliaşvili iştirak edib. Yeni körpü Azərbaycanda tikinti sahəsində çalışan əslən Kəpənəkçi kəndindən olan iş adamı Xıdır Sərdarovun maliyyə vəsaiti hesabına inşa edilərək istifadəyə verilib.

Körpünün istifadəyə verilməsi kənd əhalisinin bir sıra çətinliklərini aradan qaldıracaq. Belə ki, bundan öncə sakinlər kəndin digər tərəfində yerləşən Talıblı məhəlləsinə gedib-gələ bilmirdilər.

Mərasimdə həmçinin Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev və rayon bələdiyyəsinin üzvləri iştirak edib. /APA/



DOSTLARINLA PAYLAŞ:

oyunlar