Azərbaycanın yeni markaları
29 Mart 2011 Çərşənbə Axşamı 22:08
“Azərmarka” şirkəti dövriyyəyə üç yeni marka buraxıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti dövriyyəyə üç yeni marka buraxıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 10 ədədlik bloklarda təqdim olunmuş markalar Novruz bayramı, 2011-ci il – Qədim Çin təqvimi üzrə Evdovşanı ili, eləcə də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr edilib.
Nominal dəyəri 30 qəpik təşkil edən Novruz haqqında markanın üzərində qədim bayramın simvolları olan səməni və od şəkilləri həkk olunub. Markanın tirajı 10 min blokdan ibarətdir.
Digər iki markaların nominal dəyərləri isə bir manatdır. Evdovşanı ilinə həsr edilmiş marka 2500 blok, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr edilmiş marka isə 10 min blokdan ibarət tirajla buraxılıb.
DOSTLARINLA PAYLAŞ: