Azərbaycanın xarici borcu 16,9 faiz artıb
08 Avqust 2011 Bazar Ertəsi 20:12
Azərbaycanın dövlət xarici borcunun həcmi 4,5 milyard dollar təşkil edir
Bu ilin 1 iyul tarixinə Azərbaycanın dövlət xarici borcunun həcmi 4 512.6 milyon ABŞ dolları təşkil edir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, ilin əvvəlindən bu günə qədər 16,9 faiz artım deməkdir.
Bu müddətdə dövlət xarici borcunun ümumi daxili məhsula (ÜDM) faiz nisbəti 8.1 faiz-təşkil edib.
Qeyd edək ki, Azərbaycanın xarici dövlət borcunun həcmi 2011-ci ilin yanvarın 1-nə 3 857,3 milyon dollar təşkil edib. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 7,42 faizə bərabər olub.
DOSTLARINLA PAYLAŞ: