Azərbaycanın şimal bölgəsi donub
26 Yanvar 2010 Çərşənbə Axşamı 13:25
Azərbaycanın şimal bölgəsi donub. Qusarda mənfi 12 dərəcə şaxta olub.
Ötən gündən başlayaraq paytaxt müşahidə edilən soyuq, şaxtalı hava şəraiti bölgələrdə də təsirini göstərməyə başlayıb. ANS PRESS-in Şimal bölgə müxbirinin verdiyi məlumata görə, həftəsonundan yağan qar ötən gün artıb. Şaxtalı hava nəticəsində bölgədə həm rayondaxili, həm də rayonlararası yollar buz bağlayıb.

Yanvarın 25-də ən şaxtalı hava Qusarda qeydə alınıb. Burada qarın hündürlüyü 8 sm olsada, mənfi 12,3 dərəcə şaxta müşahidə edilib.

Qubada isə 6 sm qar, 9 dərəcə şaxta, Xızıda 10 sm qar, 5 dərəcə şaxta, Dəvəçidə isə 2 sm qar, 2 dərəcə şaxta olub. Ən çox qar Qubanın Xinalıq, Əlik kəndlərinə düşüb – 22 sm. Adıçəkilən kəndlərdə havanın hərarəti mənfi 10 dərəcəyə çatıb.

Əhalinin əsas qarşılaşdığı problemlərdən biridə nəqliyyatdır. Bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən Bakıdan Qusara yalnız bir maşın gələ bilib.

Quba rayon 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafovun sözlərinə görə, rayonun 50 ton duz, 1500 kub metr qum-çınqıl ehtiyat var. O. Nisbətən çətin vəziyyətin Quba-Xınalıq, Quba-Qonaqkənd yolunda olduğunu qeyd edib.

Artıq səhər satlarından bəzi yollara duz səpilməyə başlanılıb.

Qusarda bir necə binanı su ilə təmin edən boru donub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar