Ölkə

Azərbaycanın Quba rayonuna buz parçaları yağıb

Bu gün günorta saatlarında Quba şəhərində hava şəraiti kəskin olaraq pisləşib.

· Xəbərçi
Azərbaycanın Quba rayonuna buz parçaları yağıb
APA-nın şimal bürosunun xəbərinə görə, saat 15.00-dan başlayaraq rayon mərkəzinə buz parçaları yağmağa başlayıb. Daha sonra bu, aramsız leysan yağışları ilə əvəz olunub. Hazırda şəhərdə olan bir sıra müəssisələrin binalarını su basıb. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb. APA

Şərhlər