Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri olub
08 İyul 2011 Cümə 17:02
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kamran Əhmədov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru Ariz Əliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Azər Osmanov və Şəmkir rayon prokurorunun müavini Şıxəli Alməmmədov tutduqları vəzifələrdən azad edilməklə uyğun olaraq Ağdam, Kəlbəcər, Zəngilan və Xocalı rayon prokuroru vəzifələrinə təyin ediliblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar