Azərbaycanın Milli Atlası nəşr olunacaq
20 Aprel 2011 Çərşənbə 20:02
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Azərbaycanın Milli Atlası nəşr olunacaq.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında sərəncam imzalayıb. Sərəncamda “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilib:
Redaksiya heyətinin sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Redaksiya heyəti sədrinin müavini
Mahmud Kərimov – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Məsul katib
Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Redaksiya heyətinin üzvləri
Elmar Məmmədyarov – Xarici işlər naziri
Şahin Mustafayev – İqtisadi inkişaf naziri
Natiq Əliyev – Sənaye və energetika naziri
Ziya Məmmədov – Nəqliyyat naziri
İsmət Abasov – Kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri
Misir Mərdanov – Təhsil naziri
Oqtay Şirəliyev – Səhiyyə naziri
Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov – İdman və gənclər naziri
Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri
Akif Əlizadə – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru
Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru
Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru
Abel Məhərrəmov – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: