Ölkə

Azərbaycanın dini xəritəsi hazırlanıb

Azərbaycanın dini xəritəsi hazırlanıb.

· Xəbərçi
Azərbaycanın dini xəritəsi hazırlanıb
APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə görə, son vaxtlar müxtəlif şəxslər tərəfindən ölkənin dini xəritəsinin olmaması haqda yayılan fikirlərin əsası yoxdur. Komitə sədri deyib ki, dini xəritədə Azərbaycan ərazisindəki İslam və xristian dininə aid bütün dini abidələr, o cümlədən məscidlər və digər ibadət ocaqları haqqında məlumat əksini tapıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanın dini xəritəsinə baxmaqla, ölkənin istənilən regionunda dini vəziyyətin necə olduğunu müəyyənləşdirmək mümkündür. APA

Şərhlər