Ölkə

Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvanda doğuldu

9 milyonuncu vətəndaşımız oğlandır

· Xəbərçi
Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvanda doğuldu
Azərbaycan əhalisinin sayı 9 milyona çatıb. Bu gecə əhaliin sayını 9 milyona çatdıran körpə Naxçıvan şəhərində doğulub. Uşaq oğlandır.

Statistika Komitəsinin statistik məlumatlar şöbəsinin müdiri Mehri Əmirovanın sözlərinə görə, uşaq gecə saat 05:00 radələrində Naxçıvan şəhərinin mərkəzi Naxçıvan xəstəxanasında dünyaya gəlib. Onun çəkisi 2 kq 900 qram, boyu isə 49 santimetrdir. “Uşağın valideynləri milliyətcə azərbaycanlıdırlar. Atası Bakıda işləyir, anası isə Avrasiya institutunun tələbəsidir”. ANSPRESS

Şərhlər