Azərbaycanın 5 rayonuna təbii qaz verilişi dayandırılıb
10 Mart 2010 Çərşənbə 17:50
Səbəb magistral qaz kəmərində qaz sızmasının qeydə alınmasıdır.
Bu gün səhər saat 09.30 radələrindən başlayaraq respublikanın 5 rayonuna - Qax, Zaqatala, Oğuz, Baləkən və Şəkiyə təbii qazın verilişi dayandırılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qaz verilişinin dayandırılmasına səbəb Yevlax-Xaldan-Şəki-Balakən magistral qaz kəmərində 3 hissədə qaz sızmasının qeydə alınmasıdır.

Qaz sızmaları kəmərin 6, 13 və 14-cü kilometrliyində (müvafiq olaraq Yevlax , Xaldan və Oğuz rayonları ərazisində baş verib. Qəzanın aradan qaldırılması üçün hazırda Şəki Qaz İstismar Sahəsi (ŞQİS) və Ağdaş Rayon Magistral Qaz Kəmərləri Sahəsi (ARMQKS) ərazilərdə təmir bərpa işlərini həyata keçirir.

Ağdaş RMQKS-nın rəis müavini Vaqif Qədirovun verdiyi məlumata görə, hazırda 6-cı, 13-cü və 14-cü kilometirliklərdə təmir bərpa işləri başa çatmaq üzrədir və günün sonuna qədər rayonlara qazın verilişi bərpa ediləcək.

Qeyd edək ki, Yevlax-Xaldan-Şəki-Balakən magistral qaz kəmərinin ümumi uzunluğu 154 kilometrdir. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar