Azərbaycanın 34 sülhməramlısı vətənə qayıtdı
09 Aprel 2014 Çərşənbə 20:17
Azərbaycanın 94 nəfərdən ibarət hərbi qulluqçusu hazırda Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
Aprelin 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar