Azərbaycandan ABŞ-a birbaşa uçuşların təşkili nəzərdə tutulub
02 Sentyabr 2011 Cümə 11:12
2014-cü ildə ölkəmizə iki “Boeing-787 Dreamliner” təyyarəsi gətiriləcək
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2012-ci ilin ortalarında daha bir “Boeing-767-300 ER” tipli təyyarə almağı planlaşdırır. “Boeing-767-300 ER” tipli təyyarə 13 min kilometr yüksəklikdə uçuş qabiliyyətinə malikdir və 11 min kilometr məsafəni birbaşa qət edir.
Bu tipli ilk təyyarə bu il iyunun 2-də Bakıya gətirilib. Bu təyyarələr uzaqmənzilli uçuşları yerinə yetirmək üçün nəzərdə tutulub.
Hazırda QSC-nin donanmasında 21 təyyarə var. Bunlar “Aerobus-319”, “Aerobus-320”, “Boeing-757”, ATR və “Boeing-767” tipli təyyarələrdir. 2014-cü ildə isə ölkəmizə iki “Boeing-787 Dreamliner” təyyarəsi gətiriləcək. “Boeing-787” tipli təyyarələr alındıqdan sonra isə ABŞ-a birbaşa uçuşların təşkili nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: