Azerbaycanda zelzele tehlükesi var
05 Mart 2014 Çərşənbə 12:13
Son 2 ay erzinde ölkede 500-den çox zelzele baş verib, seysmik aktivliyin müşahide olunduğu eraziler açıqlanıb.
Bu il erzinde Azerbaycanda seysmik aktivlik müşahide olunur. Azerbaycan Milli Elmler Akademiyası nezdinde Respublika Seysmoloji Xidmet Merkezinin baş direktoru Qurban Yetirmişli açıqlamasında bildirib ki, cari ilin 2 ayı erzinde ölkede 500-den çox zelzele baş verib. Q.Yetirmişlinin sözlerine göre, yeraltı tekanların bezisi hiss olunsa da, ekseriyyeti hiss olunmayıb.
O vurğulayıb ki, Xezerde, Hacıqabulda maqnitudası 5-den yuxarı olan zelzelelerin baş vermesi ilin evvelinden ölkede aktivliyin olduğunu demeye esas verir: “Hazırda ölkede seysmik şebeke sistemi çox geniş qurulub ve ölke daxilinde geden proseslerin hamısını - zelzeleleri, aktivliyi, geodinamik prosesleri izlemek imkanına malikik. Respublika erazisi derinlik ve tektonik qırılmalarla ehate olunub, bloklara parçalanıb. Zelzelelerde hemin bloklarda baş veren hereket neticesinde baş verir. Bloklarda geden prosesler neticesinde aktiv qırılmaların qanadları, onun orta hissesi ve diger aktiv yerlerinde hereket gedir ve neticede yeraltı tekanlar qeyde alınır”.
Q.Yetirmişli qeyd edib ki, ölke erazisinde esas seysmik aktivlik Xezerin orta ve şimal hissesinde, Böyük Qafqazın cenub-şerq yamacında - Şamaxı İsmayıllı seysmogen zonasında müşahide olunur. Qebelede seysmik aktivliyin başladığını deyen merkezin baş direktorunun sözlerine göre, cenuba doğru Qerbi Xezer ve elet derinlik qırılmaları Hacıqabul, Şirvanda zelzelelere sebeb olub: “Aktivleşme hiss olunmayan zelzelelerle davam edir. Ölke üzre çox güclü seysmik aktivlik olmasa da, hiss olunan zelzelelerden başqa, qeyde alınan zelzeleler fon seviyyesindedir”.
DOSTLARINLA PAYLAŞ: