Azərbaycanın Şirvan şəhərində zəlzələ olub. ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ iyulun 30-da yerli vaxtla 19:48-də baş verib. Yeraltı təkanlar Şirvan şəhərindən 36 km şimalda qeydə alınıb. 47 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.0 olub.
Qeyd edək ki, zəlzələ hiss edilməyib. ANSPRESS
Azərbaycanda zəlzələ olub
Zəlzələ Şirvan şəhərindən 36 km şimalda qeydə alınıb.




Şərhlər