Azərbaycanda zəlzələ olub
23 May 2011 Bazar Ertəsi 11:14
Yeraltı təkanlar İsmayıllıdan 24 km. şimali-şərqdə qeydə alınıb.
Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar may ayının 21-də İsmayıllı şəhərindən 24 km şimali-şərqdə zəlzələ qeydə alınıb. Maqnitudası 3.20 olan 9 km dərinlikdə qeydə alınan zəlzələ yerli vaxtla saat 02:27–də olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində hiss edilməyib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar