“Realinfo.az” adlanacaq xəbər portalı, fevralın 15-dən fəaliyyətə başlayacaq. Bu barədə APA-ya portalın yaradıcıları bildirib. Məlumata görə, portalda, ən son xəbərlər, ölkədə və dünyada baş verən hadisələr, mediada baş hadisələr işıqlandırılacaq.
Qeyd olunub ki, portalın yaradılmasında məqsəd, Azərbaycanın qərb zonasında baş verən hadisələri, olayları ictimaiyyətə dəqiq və vaxtlı-vaxtında çatdırmaqdır. Bununla yanaşı portalın müxtəlif bölmələrində ziyalılara, sadə vətəndaşlara fikirlərini paylaşmaq üçün yer ayrılacaq.
Portalın təsisçisi və baş redaktoru jurnalist İkram Rafiqoğludur. ANSPRESS
Azərbaycanda yeni xəbər portalı yaradılıb
Azərbaycanın qərb zonasında – Gəncə şəhərində yeni xəbər portalı yaradılıb.




Şərhlər