Bu addım rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi ilə bağlıdır.
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda MTRŞ Aparatı tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları”nın və “Rəqəmli radio-televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi Qaydaları”nın layihəsi müzakirə və qəbul edilib.
Həmçinin iclasda rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə Bakı şəhəri və bölgələr üzrə yeni televiziya yayım kanallarının ayrılması barədə qərar qəbul edilib.
ANSPRESS