Azerbaycanda yeni rabite tarifleri qüvveye minib
02 Yanvar 2014 Cümə Axşamı 16:29
Bu barede qerar Tarif Şurasının 2013-cü il dekabrın 3-de keçirdiyi iclasda qebul edilib.
2014-cü il yanvarın 1-den etibaren Azerbaycanda yeni rabite tarifleri tetbiq olunmağa başlanılıb.
APA-nın verdiyi melumata göre, bu barede qerar Tarif Şurasının 2013-cü il dekabrın 3-de keçirdiyi iclasda qebul edilib.
Tarif Şurasının qebul etdiyi qerara esasen, rabite xidmetleri üzre telefon çekilişi tarifi 40-120 manatdan 30 manata, beynelxalq danışıq tarifleri 1 deqiqe üçün zonalardan asılı olaraq 36, 45 ve 54 qepikden bütün zonalar üzre 32 qepiye, şeherlerarası danışıq tarifi 1 deqiqe üçün 7 qepikden 5 qepiye, faks aparatından aylıq istifade tarifi 80 qepikden 50 qepiye qeder azaldılıb. 107 sifarişli rabite xidmeti üzre tarif kend yerleri üçün mövcud 5 qepik seviyyesinde saxlanılıb, şeher ve rayon merkezleri üçün ise 2 defe azaldılmaqla, 10 qepik tesdiq edilib.
Eyni zamanda telefon nömresinin addan-ada keçirilmesi, şeherlerarası ve beynelxalq danışıqlara göre açıqlamaların verilmesi, telefona aylıq texniki xidmet gösterilmesi, telefon nömresinin seçilmesi üçün ödenişler leğv edilib. Stasionar telefonlar üçün aylıq abune haqqı ehali qrupu üzre 2 manat 50 qepik, büdce teşkilatları üzre 7 manat seviyyesinde müeyyenleşdirilib, qeyri-büdce teşkilatları üçün hazırkı 7 manat seviyyesinde saxlanılıb.
DOSTLARINLA PAYLAŞ: