Ölkə

Azərbaycanda yeni neft-kimya konsepsiyası hazırlanır

Geniş çeşidli neft-kimya məhsulları, o cümlədən plastik borular və kabellər istehsal olunacaq.

· Xəbərçi
Azərbaycanda yeni neft-kimya konsepsiyası hazırlanır
Azərbaycanda yeni neft-kimya konsepsiyası hazırlanır. Bu barədə Sənaye və Energetika Nazirliyinin aparat rəhbəri Rasim Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 50-ci illərdən böyük neft-kimya kompleksinin təməli qoyulub: “Bu illər ərzində geniş çeşidli məhsullar istehsal olunub. Lakin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində bu məhsulların siyahısı azalıb, bu sahənin inkişafı bir müddət dayanıb. Buna görə də həmin müddətdən indiyədək konkret konsepsiya olmasa da, bu sahə tədricən inkişaf edib”.

R.Məmmədov qeyd edib ki, yeni konsepsiya qəbul edildikdən sonra Azərbaycanda geniş çeşidli neft-kimya məhsulları, o cümlədən plastik borular və kabellər istehsal olunacaq. ANSPRESS

Şərhlər