Azərbaycanda yeni kənd yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Belə ki, bundan sonra Xaçmaz rayonu Yergüc kənd inzibati ərazi dairəsi tərkibində faktiki mövcud olan yaşayış məntəqəsi Üryanoba kəndi adlandırılacaq. Prezidentin tapşırığı ilə bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək. ANSPRESS
Azərbaycanda yeni kənd yaradıldı
Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilib.




Şərhlər