Azərbaycanda yeni ipoteka strategiyası hazırlanır
10 May 2011 Çərşənbə Axşamı 12:00
Bakı. Sevil Valehova - APA-Economics. Azərbaycanda yeni ipoteka strategiyası hazırlanır.
“APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, hazırda ipotekanın məbləği gənclərə yeni mənzil almaq imkanı vermir: “Araşdırmalarımız göstərir ki, ipoteka əsasən bazarda olan köhnə mənzil fonduna yönəldilir. Hesab edirəm ki, bu düzgün deyil. Onlar artıq çox köhnəlib”.
E.Rüstəmov hazırda bir sıra variantların nəzərdən keçirildiyini söyləyib: “Biz istəyirik ki, gənclər yeni mənzillərdə yaşasınlar, bazarda yeni və ucuz mənzillər yaransın. Bunun üçün də ipoteka məbləğini artırmaq və ipotekanın şərtlərini yüngülləşdirmək lazımdır. İlkin ödənişin müəyyən qədər azaldılması müzakirə oluna bilər. Faiz dərəcələrinə də baxmaq olar. Faizlərin dövlət tərəfindən subsudiyalaşdırılması variantı da var. Fikrimcə, İpotekanın Qarantiya Fondunun yaradılması çox şeyi asanlaşdıra bilər. Belə bir praktika var”.
DOSTLARINLA PAYLAŞ: