Azərbaycanda vergi dərəcələrinin azaldılmasına ehtiyac yoxdur
14 Aprel 2011 Cümə Axşamı 15:00
Vergilər naziri Fazil Məmmədov belə bir dəyişikliklərin nəzərdə tutulmadığını bildirib
Azərbaycanda vergi dərəcələrinin azaldılmasına ehtiyac yoxdur. Bunu vergilər naziri Fazil Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycanın vergilər kodeksinə 2012-ci ildə dəyişikliklər və əlavələr çərçivəsində vergi dərəcələrinin azalması nəzərdə tutulmur.
“Bu gün buna ehtiyac yoxdur. Belə ki, Şərqi Avropa ilə müqayisə etdikdə Azərbaycanda vergi dərəcələri optimal səviyyədədir və kifayət qədər sadələşdirilib”, - deyə F. Məmmədov bildirib.
Nazir deyib ki, vergi qanunuvericiliyində nağd, elektron auditin tətbiq edilməsi, sahibkar və digər fəaliyyət növü ilə məğul olan fiziki şəxslərin elektron formatda qeydiyyatdan keçməsi kimi tədbirlərin stimullaşdırılması ilə əlaqədar dəyişiklilər ola bilər.
Qeyd edək ki, Azərbaycanın vergi qanunverciliyinə sonuncu dəfə dəyişkiliklər 2010-cu ildə olub.
DOSTLARINLA PAYLAŞ: