Azərbaycanda turizmlə məşğul olan şirkətin fəaliyyəti dayandırılıb
16 İyun 2010 Çərşənbə 12:50
“Hyrcan Touroperator-S”nin turizm fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.
Turizm fəaliyyəti ilə məşğul olan “Hyrcan Touroperator-S” MMC-nin fəaliyyəti dayandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaları”nın 5-ci maddəsinin 5.4.2. və 5.4.5 bəndlərini rəhbər tutaraq, “Hyrcan Touroperator-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Babək pr., ev 95, mənzil 95, qeydiyyat nömrəsi 144, 30.04.2009-cu il tarixli, seriya № 040700) turizm fəaliyyətinə verilmiş lisenziya Mədəniyyət və Turizm Nazirliyinin 311 nömrəli 12.06.2010-cu il tarixli əmrinə əsasən ləğv edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar