Azərbaycanda turistlər “Şərab Yolları” adlı marşrut layihəsi hazırlanıb
15 Avqust 2011 Bazar Ertəsi 15:41
Aleksandr Düma Qafqazda”, “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” kimi layihələr də işlənib
Azərbaycanda Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilən “Şərab Yolları” və “Aleksandr Düma Qafqazda” marşrutlarının layihələri, “Azərbaycanda alman yaşayış məskənləri” layihəsi, TÜRKSOY çərçivəsində “Dədə Qorqud İrsi” beynəlxalq mədəni turizm layihəsi, BMÜTT çərçivəsində həyata keçirilən “Böyük İpək Yolu” layihəsi, “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi işlənib hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, bütün bunlar milli-mənəvi dəyərlərin qorunması, həmçinin yeni turizm marşrutlarının yaradılması məqsədilə həyata keçirilib.
O, əlavə edib ki, “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində “Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası” yaradılıb. Xəzər dənizi üzrə kruiz marşrutlarının təşkilində əməkdaşlığa dair Qazaxıstan Respublikası, Azərbaycan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyası və Türkmənistan Respublikasının Hökumətləri arasında Saziş layihələri işlənib hazırlanıb.
Şəhər turu adlı marşrut proqramı da hazırlanıb. “City Tour” avtobusları vasitəsilə bu marşrutla yerli və xarici turistlərə ekskursiya xidmətləri göstərilir.
DOSTLARINLA PAYLAŞ: