Ölkə

Azərbaycanda taxıl sahələri azalıb

Azərbaycanda taxıl sahələri azalıb. Cari ildə məhsul üçün Azərbaycanda 908 675 hektar sahədə taxıl əkilib.

· Xəbərçi
Azərbaycanda taxıl sahələri azalıb
Bu barədə “APA-ECONOMICS”ə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və toxumçuluq şöbəsinin müdir müavini Rizvan Mustafayev məlumat verib.

R. Mustafayevin sözlərinə görə, ötən illə müqayisədə taxıl əkilmiş sahələr 143 min ha və ya 15,7% azalıb.

Nazirlik rəsmisi hazırda bəzi bölgələrdə əkin prosesinin davam etdiyini və göstərilən statistikanın 2009-cu ilin yekununa olduğunu bildirib.

Qeyd edək ki, ötən il Azərbaycanda 2,1 mln. tondan artıq ərzaq buğdası istehsal olunub. Kənd Təsərrüfat Nazirliyi taxıl sahələrinin azalmasını fermerlərin istehsal etdikləri məhsulu sata bilməmələri, eləcə də Maliyyə Nazirliyi tərəfindən ötən il buğda əkmiş vətəndaşlara subsidiyaların verilməsində meydana çıxan problemlərlə əsaslandırır. APA

Şərhlər