Azərbaycanda sürücülərin nəzərinə
26 Avqust 2011 Cümə 11:32
Buunla bağlı Nazirlər Kabineti qərar qəbul edib
Azərbaycanda"Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Nazirlər Kabinetinin 1999-cu il tarixli qərarına dəyişikliklər edilib. Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilmiş məlumata görə, "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na əlavələr edilib.

Əlavələrə görə, İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

Bundan əlavə şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

Qərar imzalandığı gündən qüvvəyə minir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar