Ölkə

Azərbaycanda Somaliyə yardım kampaniyası başlayıb

Avqustun 20-də Azərbaycandan iki nəfər nümayəndə Moqadişoya yollanacaq

· Xəbərçi
Azərbaycanda Somaliyə yardım kampaniyası başlayıb
Bəlli olduğu kimi artıq Azərbaycan hökuməti Somaliyə 100 min dollar həcmində humanitar yardım ayırıb. Bundan əlavə, ölkənin bir neçə təşkilatı, o cümlədən İslam Konfransı Təşkilatının Gənclər Forumu Somaliyə yardım kampaniyasına başlayıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov ANS-ə bildirib ki, ilk gündə 3100 manat nəğd formada və 2500 manat köçürmə yolu ilə bank hesabına köçürülüb.

«Avqustun 18-dən sonra ilk toplanmış vəsait köçürüləcək. Avqustun 20-də isə Azərbaycandan iki nəfər nümayəndə Moqadişoya gedəcək. Onlar ərzağın, digər çatışmayan məhsulların alınıb çatdırılmasında şəxsən iştirak edəcək»,- deyə Elçin Əsgərov bildirib.

Şərhlər