Azərbaycanda seysmik vəziyyət stabildir
01 İyun 2009 Bazar Ertəsi 14:35
Bu gün Bakıda keçirilən dünya seysmoloqlarının 4-cü beynəlxalq konfransında çıxış edən AMEA-nın vitse prezidenti Akif Əlizadə heç bir təhlükəli vəziyyətin olmadığını bildirib

Bu gün Bakıda "Azərbaycan ərazisinin seysmikliyi və böyük şəhərlərin seysmik riski" mövzusuna həsr olunmuş dünya seysmoloqlarının 4-cü beynəlxalq konfransı keçirilir. Respublika Seysmoloji Xidmət Mərkəzinin sabiq direktoru Arif Həsənovun xatirəsinə həsr olunan tədbir 3 gün davam edəcək. Toplantıda ABŞ, Rusiya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Yunanıstan, Bolqarıstan, Gürcüstan və digər ölkələrin seysmoloji xidmət orqanlarının nümayəndələri iştirak edir. Konfrans çərçivəsində Azərbaycanda və dünyada seysmoloji xidmət sahəsində görülən tədbirlər, yeraltı təkanların qeydə alınması sahəsində müasir texnologiyaların tətbiqinə dair seminarlar keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə ölkəmizin seysmik cəhətdən aktiv zonada yerləşdiyini bildirib. Buna görə də Azərbaycanda seysmoloji tədqiqatlar, seysmik xidmət həmişə dövlətin nəzarəti altında olub. "İndiyə qədər aparılan tədiqiqatlar nəticəsində Azərbaycanın bütün seymik rejimi müəyyən edilib. Azərbaycanda palçıq vulkanları ilə seymikliyin əlaqələri müəyyənləşdirilib. Onların qanunauyğunluq problemləri də həll olunub". Onun sözlərinə görə, Azərbaycanın geoloji quruluşu 5-8 km dərinlikdə tam öyrənilib ki, bu da Azərbaycanda neft qaz kəşifyyatının problemlərinin həllində müsbət təsir edir. A.Əlizadə Azərbaycanda seysmik vəziyyət stabil olduğunu və heç bir təhlükəli vəziyyət olmadığını da bildirib. "Bütün stasiyalar fəaliyyət göstərir. Monitorinq nəticəsində hər bir yer qabığında vəziyət barədə məlumat almaq mümkün olacaq. Azərbaycanın Böyük Qafqaz ərzisində yerləşən Şəki, Şamaxı, Cənub Yamacı, Talış dağları hissəsi seymik baxımdan aktiv zonalardır. Onun üçün o zonalarda da seymik stansiyalar yaradılıb və rəqəmili avadanlıqla təmin olunublar"./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar