Azərbaycanda Sevgililər günü qeyd olunur
30 İyun 2011 Cümə Axşamı 03:07
Bu gün Azərbaycanda Sevgililər günü olaraq qeyd olunur. Bu günün tarixi 20 Yanvar faciəsi zamanı həlak olan İlham və Fərizə ilə bağlıdır.
Bu gün - iyunun 30-u Azərbaycanda “Sevgililər günü”dür. Artıq bir neçə ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizə ilə bağlıdır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizə Allahverdiyevlərin toy günü Azərbaycanda Sevgililər günü kimi qeyd edilir.
Qeyd edək ki, sevgi əfsanəsinə dönən cütlüyün toyu 1989-cu ildə olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: