Azərbaycanda Ramazan bayramının dəqiq tarixini açıqlanıb
27 Avqust 2011 Şənbə 14:16
Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Avqustun 29-u bayram axşamı, avqustun 30-u Ramazan bayramıdır”


Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanda Ramazan bayramının dəqiq tarixini açıqlayıb. Rəsədxananın direktoru Əyyub Quliyev APA-ya açıqlamasında bildirib ki, avqustun 29-da Bakı vaxtı ilə səhər saat 08.00-da yeni ay doğacaq: “Ola bilsin ki, bu, adi gözlə görünməsin. Ona görə də həmin gün oruc tutulmalıdır. Avqustun 29-u axşam bayram axşamı hesab olunur. Avqustun 30-u isə bayramdır. Həmin gün ay adi gözlə görünəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar