Azərbaycanda qəzetlər çıxmayıb
06 Fevral 2010 Şənbə 12:45
Bu gün Azərbaycanda heç bir qəzet çap olunmayıb.
APA-nın məlumatına görə, qəzetlərin çap olunmamasına fevralın 5-də Azərbaycan Nəşriyyatının elektrik enerjisi ilə təchizatında yaranan problem səbəb olub. Azərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayılova APA-ya açıqlamasında dünən nə rəsmi, nə də müstəqil qəzetlərin çap olunduğunu söyləyib. Onun sözlərinə görə, nəşriyyata elektrik enerjisi fevralın 5-də axşam saat 20.00-dan sonra verilib: “Bu gün işıqlar sönməsə, qəzetlərin çapında hər hansı problem olmayacaq”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da APA-ya açıqlamasında dünən rəhbərlik etdiyi mətbuat orqanının çap olunmamasının elektrik enerjisinin təminatında yaranan problemlə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, bu gün problem yaranmasa, qəzet çap olunacaq. APA
DOSTLARINLA PAYLAŞ: