Azerbaycanda piratçılığın seviyyesi düşüb
25 Dekabr 2013 Çərşənbə 11:34
Eqli mülkiyyetin qorunmasında Azerbaycan institutları dünyada 69-cu yeri tutaraq Qazaxıstanı 4 pille, Rusiyanı 44 pille, Ukraynanı ise 64 pille üsteleyir.
“Azerbaycan piratçılığa qarşı beynelxalq seviyyede mübarizenin feal iştirakçılarından biridir. Piratçılığın seviyyesinin azalması istiqametinde görülen tedbirler neticesinde ölkede piratçılığın seviyyesi 2005-ci ille müqayisede kitab neşri sahesinde 61 faizden 30 faize, audio-video mehsul bazarında 90 faizden 68 faize, proqram teminatında 96 faizden 87 faize düşüb”.

APA-nın xeberine göre, bunu Müellif Hüquqları Agentliyinin sedri Kamran İmanov “Virtual mekanda eqli mülkiyyet hüquqlarının qorunması” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlerine göre, müelliflerin, diger hüquq sahiblerinin, aspirantların, ictimai birliklerin ve müellif-hüquq meseleleri ile maraqlanan bütün şexslerin sorğularını operativ şekilde cavablandırmaq ve Agentliyin selahiyyetleri çerçivesinde müvafiq kömekliyin gösterilmesini süretlendirmek meqsedi ile 960 nömreli "Qaynar xett" açılıb. K.İmanov qeyd edib ki, agentlikde fealiyyet gösteren "Qaynar xett"e 2013-cü ilin öten dövrü erzinde 600-den çox müraciet daxil olub ve onların her biri üzre müvafiq tedbirler görülüb.

Agentlik sedri elave edib ki, son 10 ilde müelliflik hüququ ve elaqeli hüquqlara esaslanan "kreativ iqtisadiyyatın" ÜDM-deki payı 2003-cü ildeki 2,1 faizden 2012-ci ilde 4,5 faize çatıb ve hazırda inkişaf eden ölkeler seviyyesindedir: “eqli mülkiyyetin qorunmasında Azerbaycan institutları dünyada 69-cu yeri tutaraq Qazaxıstanı 4 pille, Rusiyanı 44 pille, Ukraynanı ise 64 pille üsteleyir. Ümumiyyetle, son illerin hesabatlarında Azerbaycan eqli mülkiyyet sahesinde Cenubi Qafqazda en qabaqcıl dövlet kimi teqdim olunur".


DOSTLARINLA PAYLAŞ:

oyunlar