Ölkə

Azərbaycanda palçıq vulkanı püskürüb

Azərbaycanda palçıq vulkanı püskürüb. Vulkandan çıxan alovun hündürlüyü 50 metr olub.

· Xəbərçi
Azərbaycanda palçıq vulkanı püskürüb
Hacıqabul rayonunda palçıq vulkanı püskürüb. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev məlumat verib.

İlkin məlumata görə, vulkan püskürməsi bu gün səhər saatlarında rayonun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının zirvəsində, 30-50 metr hündürlüyündə alovla müşayiət olunub.

Püskürməni onlarla kilometr məsafədən müşahidə etmək olub.

A.Əliyev bildirib ki, daha ətraflı məlumat hadisə yerinə baxış keçiriləndən sonra veriləcək. ANSPRESS

Şərhlər