Azərbaycanda 28.376 narkoman qeydiyyatdadır
18 Aprel 2014 Cümə 17:48
Onlardan 22.533 nəfəri dispanser, 5.843 nəfəri profilaktik qeydiyyatda olanlar, 756 nəfəri anonim müalicə alanlardır.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31.12.2013-cü il tarixə olan məlumatına əsasən Mərkəzdə 28.376 (2012-ci ildə 27.910) nəfər qeydiyyatda olub.

ANS PRESS-in verdiyi məlumata görə bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində əksini tapıb.

Onlardan 22.533 nəfəri dispanser, 5.843 nəfəri profilaktik qeydiyyatda olanlar, 756 nəfəri anonim müalicə alanlardır. Qeydiyyatda olanlardan 539 nəfəri qadın, 130 nəfəri toksikoman, 20.004 nəfəri (393 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2013-cü ildə 1.509 nəfər yeni qeydiyyata götürülmüş, 1.049 nəfər qeydiyyatdan çıxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar