Azərbaycan Audit Palatası (AAP) müstəqil audit adının alınması ilə bağlı imtahanların nəticələrini açıqlayıb. AAP-nın məlumatına görə, iyunun 6-da keçirilən imtahanlarda iştirak edən 10 namizəddən 9-u uğurla keçib.
AAP Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və ölkə ərazisində audit fəaliyyətini tənzimləyir. Hazırda Azərbaycanda 51 müstəqil audit və 50-dən artıq audit təşkilatı audit keçirmək hüququna malikdir. /Turan/