Azərbaycanda məhkum uşaqların sayı azalıb
01 İyun 2011 Çərşənbə 23:07
Uşaqların Beynəlxalq Müdafiə günündə bayramı dəmir barmaqlıqlar arxasında keçirən uşaqlar da var.
Bu gün Uşaqların Beynəlxalq Müdafiə günündə bayramı dəmir barmaqlıqlar arxasında keçirən uşaqlar da var. Belə ki, müxtəlif cəzalar törədərək bu gün cəza evinin sakinləri olan uşaqlar da mövcuddur. Hazırda Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində 32 məhkum cəza çəkir. Onlar 14-18 yaş arasındadır. Yaşı 18-i keçənləri böyüklər üçün nəzərdə tutulan islah müəssisələrinə göndərir.
Cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədovun sözlərinə görə, hazırda burada cəza çəkənlər arasında seksual hərəkətlərə və ölümlə nəticələnən hadisələrə görə məhkum edilənlər əksəriyət təşkil edir: “Bu məhkumlarla spesifik qaydada, fərdi qaydada məşğul oluruq. Onların ictimai həyata adaptasiya olması və sonradan tərbiyələnməsi üçün bütün işləri görürük”.
Belə ki, onların günü səhər saat 7-dən başlayır. Yuxudan durmaq, səhər idmanı, yatağın yığışdırılması, yemək, səhər yoxlaması, xarici görkəmə baxış. Bir də dərs vaxtları var. Müəssisənin məktəbində məhbus uşaqlar məcburi təhsilə cəlb olunur. Azadlıqda olduğu kimi, burada da adi sinif otaqları, dərsliklər öz qaydasındadır.
İmran Məmmədov deyir ki, bu illəri 45 saylı orta axşam məktəbi 2 nəfər qurtarır. Onlar təhsil ocaqlarında şəhadətnamə alırlar.
Məhkum uşaqların yaşayış şəraiti də azadlıqdakına bənzəyir. Yemək otaqları, yataq otaqları, klubda səliqə-sahman ilk baxışdan özünü göstərir. Bütün yaxşı şəraitlə əhatələnsələr də, unutmurlar ki, onların bir adı var - məhbus uşaqlar. Azadlığını itirmiş, ata-ana nəvazişindən, qayğısından məhrum olmuş uşaqlar. Onların hamısının da bir arzusu var.
Məhkum Kamil Məmmədov deyir ki, İnşallah, Allahın köməkliyi ilə oradan çıxsa, işləyəcək: “Allah qismət eləsin, əsas buradan çıxmaqdır”. Onun azadlığa çıxması üçün isə 6-7 il qalıb.
Digər məhkum Taleh Maqsudov Allaha güvənir: “Buradan çıxan kimi dülgər sənəti ilə məşğul olacam”.
Müəssisənin rəisi isə valideynlərdən yalnız bir xahiş edir. İ. Məmmədov deyir ki, bu uşaqların valideynlərə ehtiyacı var. Deyir ki, onlar uşaqlarına ayda bir dəfə baş çəkməyi unutmasınlar: “Qalan işlərlə biz özümüz məşğul olacağıq. Çünki burada uşaqlar tərbiyə olunur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: