Azərbaycanda istehsalçılar 5 il vergilərdən azad ediləcək
29 Oktyabr 2013 Çərşənbə Axşamı 11:58
Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında qanuna dəyişikliklər müzakirə olunub.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları növbəti 5 il ərzində vergilərdən azad ediləcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna dəyişikliklər müzakirə olunub.
Layihəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarından 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
DOSTLARINLA PAYLAŞ: